Azərbaycan prezidenti İlham Əliyev və Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden Bakı ilə Amsterdam arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İ.Əliyev bazar ertəsi Bakıda Rene Van der Lindeni qəbul edib. Bu barədə dövət başçısının saytında məlumat verilir.
“Həmsöhbətlər kənd təsərrüfatı, bərpa olunan enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Tərəflər Azərbaycanda yaradılan nəqliyyat infrastrukturunun, xüsusilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmini vurğuladılar.
Bundan başqa, İ.Əliyev və R.Linden Azərbaycan-Avropa əməkdaşlığına toxunublar. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin uğurla inkişaf etdiyini qeyd ediblər.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olundu. **
F.İsazadə