Prezident İlham Əliyev Nayib Bukeleni El-Salvador Respublikasında keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilib.
“Hörmətli cənab Bukele, El-Salvador Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə təbrik məktubunda bildirilir.
Prezident İ.Əliyev N.Bukeleyə möhkəm cansağlığı və qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.*
R.Babayev