Azərbaycan prezidenti İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Döcvlət başçısının saytında dərc olunan sərəncama əsasən, əsaslı təmir işlərinin həyata keçirilməsi üçün Səhiyyə Nazirliyinə ilkin olaraq 5 mln. manat ayrılıb.
Bu vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
B. Rüstəmbəyov