Azərbaycan prezidenti İlham Əliyev Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edib.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Prezident İlham Əliyev fevralın 8-də Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb Sənədə əsasən Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
Bundan başqa, Mərkəz müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadə olunmaqla ictimai rəyin öyrənilməsini həyata keçirəcək, sosial tədqiqatların aparılmasını təmin edəcək. **
N.Abbasova