2019-cu il 25-26 oktyabr tarixlərində “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü keçiriləcək.
Sammitin təşkili və Azərbaycanın təsisata sədrliyi ilə əlaqədar prezident İlham Əliyev Təşkilat Komitəsi yaradıb. Müvafiq sərəncamın mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Təşkilat Komitəsinin sədri təyin olunub.
Təşkilat Komitəsinə daxildir xarici işlər naziri, daxili işlər naziri, fövqəladə hallar naziri, gənclər və idman naziri, iqtisadiyyat naziri, maliyyə naziri, mədəniyyət naziri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, səhiyyə naziri, təhsil naziri, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Dövlət Gömrük Komitəsinin sədri, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, Dövlət Miqrasiya Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) İdarə Heyətinin sədri, Dövlət Reklam Agentliyinin direktoru.
Təşkilat Komitəsinə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı işçi qrup yaratsın və bir ay müddətində tədbirlər planı hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətində (2019-2022-ci illər) görüləcək işlərlə bağlı təkliflərini Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. **
N.Abbasova