İpoteka və Kredit Zəmanət Fondu (İKZF) “AzFinance İnvestisiya Şirkəti” QSC ilə qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi haqqında müqavilə imzalayıb. Bu barədə fondun məlumatında deyilir.
““AzFinance” müvafiq tenderin qalibi olub”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 466 mln. manata bərabərdir.*
B.Rüstəmbəyov