Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ilin yanvar ayında dövlət büdcəsinə 329 mln. 645,7 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar ayında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 226 mln. 88,3 min manat təşkil edib. Beləliklə, yanvar ayında dövlət büdcəsinə köçürmələr 45,8% artıb.
Bu ilin yanvar ayında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 233 mln. 48,7 min manat, aksizlər üzrə 16 mln. 862,3 min manat, yol vergisi üzrə 3 mln. 254,3 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 76 mln. 480,4 min manat məbləğində olub.
2019-cu il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 mlrd. 702,6 mln. manat məbləğində müəyyən edilib.*
N.Abbasova