Fevralın 11-də saat 21:30-da Novorossiyskdə fırtına başlayıb, küləyin sürəti 17 m/s., dalğaların hündürlüyü 2,5 m təşkil edib. Neftin boşaldılıb-yüklənməsi ilə bağlı bütün işlər dayandırılıb. Bunu jurnalistlərə "Transneft" şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin deyib.
Onun sözlərinə görə, digər limanlarda hava şəraiti əlverişlidir, yükləmə qrafik üzrə aparılır, tankerlərin hərəkət qrafikində gecikmə olmayıb.
"Dünən saat 18:29-da Azərbaycan ərazisində 4.2 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Dərbənddən 150 km cənubda 5 km dərinlikdə yerləşib. Zəlzələ Bakı-Novorossiysk boru kəmərinin işinə təsir etməyib", - deyə İ.Demin əlavə edib.*