Fevralın 12-də Milli Məclis plenar iclasda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
“Konvensiya 12 avqust 2018-ci il tarixində imzalanıb və Xəzəryanı ölkələrin, həmçinin Azərbaycanın milli maraqlarına cavab verən çox vacib sənəddir”, - birinci vitse-spiker Ziyafət Əsgərov deyib.
Konvensiyanın “lehinə” iclasda iştirak edən 108 deputatın hamısı səs verib.
Bundan əlavə, deputatlar “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” sazişi “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” sazişə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” protokolu, 2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə” protokolu, 2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” protokolu təsdiq ediblər.
“Qeyd edilən sənədlər parlamentin plenar iclasında baxılması üçün tövsiyyə edilib”, - Milli Məclisdən bildiriblər.
2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb.
Sənədin məqsədi tərəflərin Xəzər dənizindən istifadəyə dair hüquq və öhdəliklərinin müəyyən olunması və tənzimlənməsidir. Buna dəniz suları, dibi, yerin təki, təbii resurslar və hava məkanı daxildir.
Sənədlə tərəflərin dənizdə fəaliyyət prinsipləri müəyyən olunur: suverenlik, ərazi bütövlüyü, müstəqilliyə hörmət, dövlətlərin suveren bərabərliyi, güc və ya təhdidlərin güc ilə tətbiq olunmaması. Həmçinin prinsiplərlə qarşılıqlı hörmət, əməkdaşlıq, biri-birinin daxili işlərinə müdaxilənin yol verilməməsi, Xəzər dənizinin sülh məqsədilə istifadəsi, dənizin sülh, mehriban qobnşuluq, dostluq və əm\əkdaşlıq zonasına çevrilməsini nəzərdə tutur. **
R.Babayev