Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə 500 mln. manatadək ümumi məbləğdə kredit və qarantiyalar verib. Bu barədə bankdan məlumat verilir.
“Real sektorun inkişafını davamlı şəkildə dəstəkləyən Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 500 milyon manatadək kredit və qarantiyalar verib”, - məlumatda deyilir.
Bu məqsədlə, ABB biznes kreditlərin verilməsi şərtlərini asanlaşdırıb.
Xüsusilə, hüquqi şəxslər və fərdi sahibkarlar indi kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilıməsi məqsədilə aşağıdakı şərtlərlə kredit əldə edə biləcəklər: məbləğ – 5 mln. manat, faiz dərəcəsi – illik 6%-dən başlayaraq, kreditin müddəti – 84 ayadək.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.*
A.Əzizov