Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasda Türkmənistanla ikitərəfli sazişlər paketini ratifikasiya edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Xüsusilə, deputatlar, Azərbaycan prezidenti İlahm Əliyevin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun 22 noyabr 2018-ci il tarixində Aşqabadda imzaladıqları Birgə Bəyanatı təsdiq ediblər.
Bundan başqa, parlament ”Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımalar iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında” sazişi, ”Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında” sazişi, ”Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” sazişi və Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” sazişi ratifikasiya edib.
Bundan əlavə, “Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında” saziş təsdiq olunub. **
R.Babayev