Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlara dəyişikliklər təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Dəyişikliklərə əsasən sahibkarlıq subyektlərində yoxlamaların aparılacağı halların siyahısı genişləndirilib.
İndi yoxlamalar Azərbaycanın maliyyə bazarlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərində də aparıla bilər.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanun imzalayıb. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il noyabrın 1-dək uzadılıb.*
Ə.Məmmədov