Prezident İlham Əliyev 41 şəhər və rayonda 300 subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 21 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Məqsəd əhalisi 736 min nəfərə yaxın olan 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsidir.
Vəsait 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam fevralın 12-də dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə