Prezident İlham Əliyev İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə başsağlığı məktubunda bildirilir.*
F.İsazadə