Azərbaycanda bankların nağd pul tələblərinin girov təminatı tələbi kimi qeydiyyata alınması mexanizminə ehtiyacı var. Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
““Daşınar əmlakın yüklülüyü haqqında” Qanun qəbul edilərkən nağd pul girov təminatı kimi nəzərdən keçirilməyib. Bizim dəfələrlə müraciətimizdən sonra bu bənddə dəyişiklik edilib, amma indi nağd pul tələbinin girov təminatı tələbi kimi qeydiyyata alınması mexanizmi məsələsi açıq qalır”, - deyə Z.Nuriyev bu gün Bakıda keçirilən seminarda bildirib.
Onun sözlərinə görə, daha bir məsələ nağd pul tələblərinin girov tələbləri kimi yerinə yetirilməsinə gələcəkdə nəzarətlə bağlıdır. "Bu məsələlərin həlli kiçik və orta biznesin kreditlərə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıracaq", - deyə ABA-nın prezidenti əlavə edib.*
Ə.Məmmədov