Azərbaycan vətəndaşı bəyan edilməyən qadın xəz geyimlərini ölkə ərazisinə keçirməyə cəhd göstərib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
“Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malın Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar”, - deyə məlumatda bildirilir.
Belə ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantaya baxış zamanı gömrük nəzarətinə bəyan edilməyən 13 ədəd qadın xəz geyimi aşkarlanıb.*
R.Babayev