Prezident İlham Əliyev Beyləqan şəhərində 36 mənzilli yaşayış binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinə 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının rəsmi saytında verilən məlumata görə, müvafiq sərəncam bu gün imzalanıb.
Yeni yaşayış binasının tikintisinə görə 2 mln. manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə 1 mln. manat ayrılacaq.
Vəsait 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.*
R.Babayev