Energetika Nazirliyi energetika sektorunda islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanması işlərinin maliyyələşdirilməsinə 450 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, Energetika Nazirliyi energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərinin formalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanması üçün «Prima Consulting» MMC ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 449 min manatdır.*
N.Abbasova