Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında Nazirlər Kabinetinin 2018-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatı dinləniləcək.
“Parlamentin martın 15-də keçiriləcək plenar iclasında hökumətin 2018-ci ilin yekunlarına dair hesabatı dinləniləcək”, - deyə parlamentdəki mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Qanunvericiliyə əsasən parlamentin yaz sessiyasının beşinci plenar iclasında hökumət ötənilki fəaliyyəti ilə bağlı hesabat verməlidir.
Hesabatda respublikada makroiqtisadi vəziyyətin təhlili, ötən ilin dövlət büdcəsinin icrasına dair məlumatlar, maliyyə bazarının ayrı-ayrı seqmentlərinin inkişafı, hökumətin sosial problemlərin həllinə yönəlmiş fəaliyyəti, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri, MKT subyektlərinin fəaliyyətinin yekunları, sahibkarlıq fəaliyyətinin inkişafının stimullaşdırılması tədbirləri yer alır.*
Ə.Məmmədov