Vergilər Nazirliyi ölkədə Vergi Ombudsmanı institutunun yaradılmasını zəruri hesab edir. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
“İnkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb”, - deyə o, nazirliyin kollegiya iclasında bildirib.
M.Cabbarov hesab edir ki, vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsi, vergi apellyasiya sisteminin təkmilləşdirilməsi vacibdir.
“Biz sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar apararaq Vergi Ombudsmanı institutunun yaradılmasını qərara aldıq”, - deyə nazir qeyd edib.*
Ə.Məmmədov