2018-ci ildə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi 21,4% azalıb. Bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev məlumat verib.
“Dövlət büdcəsinə artıq ödəmələrin həcmi il ərzində 503,7 mln. manat və ya 21,4% azaldılıb”, - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, vergi yoxlamalarının sayının əvvəlki ilə nisbətən 3,4 dəfə azaldılmasına baxmayaraq, risklərin idarə edilməsi sistemi əsasında bir yoxlamaya düşən hesablamada 2 dəfəyədək artım qeydə alınıb.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə dövlət büdcəsinə artıq ödəmələrin həcmi 2,5 mlrd. manatdan çox olub ki, bu da vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcunu 2,4 dəfə üstələyib.*
Ə.Məmmədov