2018-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1,08 mlrd. təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 5,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
"Tərəfdaş ölkələrdə iqtisadi vəziyyət respublikaya pul köçürmələrinin həcminə təsir edib. İlkin qiymətləndirmələrə görə, 2018-ci ildə onların həcmi 2017-ci ildə qeydə alınmış $1,02 mlrd.-a qarşı $1,08 mlrd. təşkil edib", - deyə məlumatda bildirilir.
Cari ilin IV rübündə Azərbaycana pul köçürmələrinin həcmi cəmi $82 mln. məbləğində olub.
2017-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 mlrd. 20 mln., 2016-cı ildə $564,1 mln., 2015-ci ildə $1 mlrd. 183 mln. təşkil edib.*
A.Əzizov