2018-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 7,1% - $44,9 mlrd.-dək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2018-ci ilin sonuna olan məlumata görə, Azərbaycan 31 ay ərzində idxal olunan mal və xidmətlərə görə ödənişin həyata keçirilməsi üçün $44,9 mlrd. məbləğində strateji valyuta ehtiyatına malikdir”, - deyə məlumatda bildirilir.
Bütövlükdə, ölkənin valyuta ehtiyatları xarici borcu 3 dəfə, geniş mənada pul kütləsini (M3 aqreqatı) 5,3 dəfə üstələyir.
2017-ci ilin sonuna ehtiyatların həcmi təxminən $42 mlrd. təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.*
A.Əzizov