2018-ci ildə Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $7 mlrd. məbləğində əməliyyat aparılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Ötən il banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $7 mlrd. ekvivalentində olub. Bunun $5,4 mlrd.-nı ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin I rübündə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $1,4 mlrd., II və III rüblərdə $1,8 mlrd., IV rübdə $2 mlrd. məbləğində əməliyyat aparılıb.
Məlumata görə, hesabat ilində qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi $25,4 mlrd. ekvivalentində olub. Valyuta bazarında əməliyyatların 83,3%-i ABŞ dollarında, 16,7%-i digər valyutalarda aparılıb.
2018-ci ildə qeyri-nağd valyuta əməliyyatlarının 33%-i banklararası valyuta bazarında (BVB), 66%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.*
Ə.Məmmədov