2018-ci ildə manat ABŞ dollarına qarşı 0.01% möhkəmlənib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il üzrə Pul siyasəti icmalında deyilir.
“Hesabat ilində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7001 manat təşkil edib”, - deyə icmalda bildirilir.
2018-ci ildə manat türk lirəsinə qarşı 28,6%, avroya qarşı 4,1%, İngiltərə funt sterlinqinə qarşı 5,9%, rus rubluna qarşı 16,9% möhkəmlənib.
Qeyd edək ki, 2017-ci ildə manat dollara qarşı 4% möhkəmlənib, 2016-cı ildə 13,6%, 2015-ci ildə 98,8% ucuzlaşıb.*
Ə.Məmmədov