Fevralın 19-da Bakıda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında nəqliyyat məsələləri üzrə yüksək səviyyəli dialoq təşkil olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Bakı nümayəndəliyindən məlumat verilib.
“Tədbirdə Aİ-ni Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey təmsil edəcək”, - deyə məlumatda bildirilir.
İclasda nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.*
F.İsazadə