Yaxın aylarda Azərbaycanda orta aylıq əmək pensiyası 5% artacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya məbləği 222 manatdan 228-229 manata, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata qalxacaq.
“233 min pensiyaçının əmək pensiyasının minimum məbləğinin 160 manatadək artırılacağını nəzərə alsaq, yaxın aylarda orta aylıq əmək pensiyasının 5% artacağını proqnozlaşdırmaq olar. Real mənzərə ilin ortalarında aydın olacaq”, – deyə nazir bu gün mətbuat konfransında bildirib.*
R.Babayev