Azərbaycan 2018-ci ildə $44 mln. 75,58 min dəyərində 57 min 718,71 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«2018-ci ildə Azərbaycana 57 min 718,71 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal olunub. 2017-ci ildə isə respublikaya $32 mln. 878,23 min məbləğində 50 min 642,65 ton benzin idxal olunub. Beləliklə, 2018-ci ildə “AI-95” markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 13,9%, dəyər ifadəsində 34% artıb», - deyə məlumatda bildirilir.
Eyni zamanda, Rusiyadan $26 mln. 231,3 min dəyərində 35 min 530,63 ton (miqdar ifadəsində artım 36,8 dəfə, dəyər ifadəsində artım 41,4 dəfə), Bolqarıstandan $5 mln. 633,42 min dəyərində 7 min 25,16 ton, Rumıniyadan $12 mln. 210,86 min dəyərində 15 min 162,92 ton «Premium Euro-95» markalı benzin idxal olunub.
Bundan başqa, hesabat ilində ölkəyə $1 mln. 69,59 min dəyərində (2017-ci ildə miqdar ifadəsində azalma 24,1%,dəyər idafəsində artım 5,3% - İF) 1 min 104,11 ton «Super Euro-98» markalı benzin idxal olunub.
2018-ci ildə “AI-98” markalı benzinin əsas idxal həcmi Belarusun ($960,3 min dəyərində 1 min 90,5 ton), qalan həcm isə Almaniya, Fransa və Böyük Britaniyanın payına düşüb.
«Premium Euro-95» və «Super Euro-98» markalı benzin növlərinin Azərbaycana idxalına 1 aprel 2014-cü il tarixindən başlanılıb.*
N.Abbasova