Prezident İlham Əliyev bu gün xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
M.Məmməd-Quliyev Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.*
F.İsazadə