Azərbaycan və Küveytin Hesablama palataları arasında ikitərəfli əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
Saziş Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Küveytə səfəri çərçivəsində imzalanıb.
“Tərəflər 2006-cı ildə bağlanılmış əməkdaşlığa dair ikitərəfli sazişi yeniləyiblər”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, hər iki ölkənin ali audit orqanları arasında 2020-2023-cü illəri əhatə edən dövrdə əməkdaşlıq çərçivəsini müəyyən edəcək İş planı müzakirə olunub. İş planına illik bölgü əsasında ekoloji audit, dövlət borcunun auditi, dövlət satınalmalarının auditi və informasiya texnologiyalarının auditi kimi mövzuları əhatə edən silsilə tədbirlər daxil edilib.*
Ə.Məmmədov