Prezident İlham Əliyev təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.
Fərmana əsasən 2019-cu il martın 1-dən təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələr üçün Prezident təqaüdünün məbləği 210 manat (hazırda 185 manat – İF) müəyyən edilib
Bundan başqa, dövlət başçısı ali məktəblərdə təqaüd sisteminin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılır.
Bundan əlavə, təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin edilməlidir.*
F.İsazadə