Fevralın 14-də Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinə gəlib.
M.Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydu.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Həmçinin, M.Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşdü.
Azərbaycanın birinci vitse-prezidenti Gəncə şəhərində Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə olub. Məktəbin direktoru Mətanət Rzayeva burada sonuncu dəfə 1988-ci ildə cari təmir işlərinin aparıldığını və hazırda bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidənqurmaya ehtiyacı olduğunu bildirdi.
Şagirdlərlə söhbət edən M.Əliyeva dedi ki, məktəbdə tədris üçün ən yaxşı şərait yaradılacaq.
Bundan əlavə, M.Əliyeva Gəncədəki uşaq evinə baş çəkib. Birinci vitse-prezidentƏ Gəncə şəhər uşaq evi üçün daha bir korpusun inşasının aparıldığını bildirdi.
O cümlədən, M.Əliyeva Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkib. direktor Sahilə Hüseynova M.Əliyevanın diqqətinə çatdırıldı ki, 32 saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi bina 1985-ci ildə inşa edilib. Hazırda bu məktəbəqədər təhsil müəssisəsində əsaslı təmirə ehtiyac yaranıb. Birinci vitse-prezident burada yenidən qurulma işlərinin qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğuladı.
Bundan başqa, M.Əliyeva Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olub. Ev-muzeyinin direktoru İradə İbayeva M.Əliyevaya burada yaradılan şərait barədə məlumat verdi.
Həmin gün birinci vitse-prezident Gəncənin “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşüb. Bundan əlavə, M.Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib. **
F.İsazadə