İpoteka və Kredit Zəmanət Fondu (İKZF) qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin icra edilməsi işlərinə 18 min manat yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, İKZF «AzFinance İnvestisiya Şirkəti” QSC ilə qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi haqqında müqavilə bağlayıb.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 466 mln. manata bərabərdir.*
Ə.Məmmədov