2018-ci ildə Azərbaycan $29 mln. 627,54 min məbləğində kartof ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilir.
“2018-ci ildə Azərbaycan $29 mln. 627,54 min məbləğində 66,563 min ton kartof ixrac edib. 2017-ci illə müqayisədə say ifadəsində ixrac həcmi 15,5%, ümumi ifadədə 14,7% artıb”, - hökumətdən qeyd ediblər.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 2018-ci il ərzində Rusiyaya $28 mln. 864,37 min (аrtım 12,4%) 64,425 min ton (artım 12,8%) kartof ixrac olunub.
2018-ci il ərzində Azərbaycan $22,099 mln. (аzalma 17,9%) məbləğində 106,24 min ton kartof (2017-ci illə müqayisədə azalma 22,23%) idxal edib.
Azərbaycana əsas kartof tədarükçüləri Gürcüstan, Türkiyə və İran olub. Xüsusilə, ötən il Türkiyədən $2 mln. 643,79 min məbləğində 10,574 min ton kartof gətirilib. İrandan $10 mln. 302,95 min məbləğində kartof tədarükünün həcmi 54,88 min ton, Gürcüstandan $5 mln. 514,15 min məbləğində kartof tədarükünün həcmi 25,02 min ton təşkil edib.
Hesabat ili ərzində Azərbaycan Rusiyadan $2 mln. 377 min məbləğində 10,213 min ton kartof idxal edib. **
B.Rüstəmbəyov