Azərbaycanın qida məhsulları Dubay şəhərində keçiriləcək “Gulfood 2019” beynəlxalq qida sərgisində nümayiş olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək”, - deyə məlumatda bildirilir.
Sərgi 17-21 fevral tarixlərində keçiriləcək.*
B.Rüstəmbəyov