Azərbaycan 2018-ci ildə $7 mln. 561,96 min dəyərində şərab və üzüm suslosu ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Ötən il Azərbaycan $7 mln. 561,96 min dəyərində 654,72 min dekalitr şərab və üzüm suslosu ixrac edib. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 75,4%, dəyər ifadəsində 28,4% artıb", - deyə məlumatda bildirilir.
Hesabat ilində ixracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 2018-ci ildə bu ölkəyə $6 mln. 400,17 min dəyərində (artım 29,8%) 618,3 min dekalitr (artım 82,9%) şərab ixrac edilib.
2018-ci ildə Azərbaycanda 1,5 mln. dekalitr şərab məhsulları istehsal edilib. 2017-ci illə müqayisədə istehsal 48,9% artıb.
Şərab məhsullarının ixrac həcminin 2026-cı ilədək 1,875 mln. dekalitrədək artırılması qarşıda duran əsas vəzifələrdən biridir.
2017-ci ildə Azərbaycan üçün əsas ixrac bazarı Rusiya olub. Bu ölkəyə 338 min dekalitr şərab ixrac edilib.*
B.Rüstəmbəyov