Dağıstanla Azərbaycan arasında yeni qatar qısaldılmış gömrük nəzarəti prosedurundan keçəcək. Bu barədə Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev bəyan edib.
“Dağıstanla Azərbaycan arasında yeni qatarın istifadəyə verilməsi respublikada turizmin inkişafı üçün vacibdir. Qeyd etmək lazımdır ki, bu qatar qısaldılmış gömrük nəzarəti prosedurundan keçəcək”, - V.Vasilyev “RYD” ASC-nin İdarə Heyətinin sədri Oeq Belozyorov ilə görüşdə bildirib. Bu barədə Dağıstan Respublikasının başçısının saytı məlumat verir.
Xəbər verildiyi kimi, Dağıstan Maxaçkaladan Azərbaycan sərhədinədək yeni elektik qatarlarını xəttə buraxacaq. Qeyd olunan marşrut ilə iki qatar hərəkət edəcək. “Maxaçkaladan Azərbaycan sərhədinədək sərnişin daşımalarının təşkili planlaşdırılır. Həmçinin yaxın zamanda Maxaçkala-Xasavyurt, Dərbənd-Azərbaycan ilə sərhəd istiqamətlərində iki əlavə qatarın istifadəyə verilməsi məsələlərinin müzakirəsi planlaşdırılır. **
Ə.Məmmədov