Prezident İlham Əliyev Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının tərkibini yeniləyib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bu gün prezidentin saytında dərc olunmuş sərəncama əsasən Dövlət Komissiyasının sədri baş nazirin birinci müavinidir.
Komissiyanın tərkibinə prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri, prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri, kənd təsərrüfatı naziri, iqtisadiyyat naziri, ekologiya və təbii sərvətlər naziri, maliyyə naziri, fövqəladə hallar naziri, səhiyyə naziri, daxili işlər naziri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Qida Təhlükəsizliyi Agentliyinin sədri, xarici işlər nazirinin müavini, səhiyyə nazirinin müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin direktoru daxil edilib.*
R.Babayev