Prezident İlham Əliyev Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib.
Komissiyanın tərkibi bu gün dövlət başçısının saytında dərc olunub.
Komissiyanın sədri baş nazirin birinci müavinidir.
Komissiyanın tərkibinə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi‒şöbə müdiri, Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri, xarici işlər naziri, iqtisadiyyat naziri, əmək və əhalinin sosial müdafiəsi naziri, daxili işlər naziri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, kənd təsərrüfatı naziri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri daxil edilib.*
R.Babayev