Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Komissiyanın sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir.
Komissiyanın üzvləri Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri, Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri, fövqəladə hallar nazirinin birinci müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, maliyyə nazirinin müavini, xarici işlər nazirinin müavini, daxili işlər nazirinin birinci müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, təhsil nazirinin müavini, energetika nazirinin müavini, vergilər nazirinin müavini, mədəniyyət nazirinin müavini, ədliyyə nazirinin müavini, baş prokurorun müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin müavini, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının rəhbəri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı, Dövlət Təhlükəsizliyi Xidmətinin Baş idarə rəisidir.*
F.İsazadə