Prezident İlham Əliyev yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun tərkibini yeniləyib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Cümə günü dövlət başçısının saytında dərc olunan sərəncama əsasən, İşçi qrupunun rəhbəri Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.
İşçi qrupuna daxildir Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri, fövqəladə hallar naziri, daxili işlər naziri, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri. **
R.Babayev