Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Münhendə ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşdü. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Görüşdə, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən və inkişafından məmnunluqlarını ifadə etdilər.
“Nazirlər həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri haqqında fikir mübadiləsi apardılar. Xüsusilə, Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edildi”, - məlumatda bildirilir. **
Ə.Məmmədov