Xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Münhendə Almaniya Bundestaqının xarici siyasət məsələləri üzrə komissiyanın üzvü Yohan Vadeful ilə görüşdü. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Məlumata əsasən, tərəflər əməkdaşlıq səviyyəsini müzakirə ediblər.
“E.Məmmədyarov və Y.Vadeful həmçinin bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparıblar. Bölgədə dayanıqlı inkişafın və rifahın təmin olunması baxımından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin əhəmiyyəti vurğulayan E.Məmmədyarov münaqişənin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə Bundestaqın üzvünə məlumat verildi”, - məlumatda deyilir. **
Ə.Məmmədov