Azərbaycan və Qırğızıstanın XİN başçıları Elmar Məmmədyarov və Çingiz AydarbekovMünhendə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq iştirakçı ölkələr arasında iqtisadi-ticarət və turizm sahələrində əlaqələrin daha da inkiaf etdirilməsinin önəmini qeyd ediblər, Türk Şurasının növbəti zirvə görüşünəhazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
E.Məmmədyarov və Ç.AydarbekovAzərbaycan və Qırğızıstan arasında mövcüd olan əməkdaşlıq münasibətlərini müzakirə ediblər və ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə ediblər.
55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşdə həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparılıb. **
R.Babayev