Azərbaycan və Xorvatiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Mariya Buriç ikitərəfli əlaqələrin strateji səviyyəsini qeyd edirlər.
“Azərbaycan və Xorvatiya XİN başçıları Elmar Məmmədyarov və Mariya Buriç Münhendə keçirilən görüşdə mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, Bakı ilə Zaqreb arasında ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər”, - Azərbaycan XİN-nin məlumatında deyilir.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş 5-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. **
R.Babayev