Ermənistan və İran XİN başçıları Zöhrab Mnatsakanyan və Məhəmməd Cavad Zərif Münhendə görüşdə Qarabağ münaqişəsinin həlli prosesi və ikitərəfli münasibətləri müzakirə ediblər.
Ermənistan XİN-nin məlumatına görə, Z.Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın addımları barədə məlumat verib.
Tərəflər müntəzəm əlaqələrin vacibliyini bəyan edərək, “Ermənistanın baş nazirinin İrana qarşıdakı səfərinin əməkdaşlığa dair birgə fəaliyyəti müəyyən etmək üçün yaxşı səbəb olacağını vurğulayıblar”. **