Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin hərbi sənaye müəssisələrinin rəhbərliyi ilə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan müdafiə naziri Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən Türkiyə Respublikasının Makina və Kimya Sənayesi Qurumu, ROKETSAN, ASELSAN və Otokar şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib”, - məlumatda deyilir.
Nazir Türkiyə şirkətlərinin rəhbərləri ilə görüşərək iki ölkə arasında hərbi texniki sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“Müdafiə naziri hərbi sahədə birgə layihələrin hər iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib”, - məlumatda vurğulanır. **
R.Babayev