“Azərbaycan İnvestisiya Şirkəti” ASC fevralın sonunadək əməkdaşlarının könüllü tibbi sığortası üçün sığortaçı seçimini elan edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİŞ-dən məlumat verilib.
“AİŞ fevralın sonuna qədər əməkdaşlarının KTS üzrə sığortaçı seçimi məqsədilə kotirovka sorğusu elan edəcək. KTS sistemi ilə AİŞ-in 40 əməkdaşı əhatə olunmalıdır”, - şirkətdən məlumat verilib.
Bundan əlavə, fevralda AİŞ şirkətin maliyyə hesabatını auditorunu seçmək çəqsədilə kotirovka sorğusu elan etməyi planlaşdırır.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.**
A.Əzizov