2019-cu ilin yanvar ayında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $256 mln. 925,24 min təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 26,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $2 mlrd. 302 mln. 363,88 min təşkil edib (2018-ci ilin yanvar ayı ilə müqayisədə artım 33,3% - İF). Yanvarda ixracın həcmi $1 mlrd. 279 mln. 644,56 min (artım 23,2%), idxalın həcmi $1 mlrd. 22 mln. 719,32 min təşkil edib (artım 48,5%).
İxracın strukturunda 79,56% neftin, 1,56% neft məhsullarının, 7,92% təbii qazın, 0,87% elektrik enerjisinin, 3,39% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,06% bitki və heyvan mənşəli yağların, 0,08% qəndin, 0,21% spirtli və spirtsiz məhsulların, 0,52% kimya məhsullarının, 0,91% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,93 pambıq, 0,07% pambıq ipliyin, 0,25% qara metal və ondan hazırlanan məmulatların, 0,54% alüminium və ondan hazırlanan məmulatların, 3,08% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 10,97% ərzaq məhsullarının, 1,04% tütün və tütün məhsullarının, 1,81% əczaçılıq məhsullarının, 1% gübrələrin, 2,58% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 1,91% odun və agac məhsullarının, 1,49% geyim və geyim aksessuarları, 7,9% qara metal və ondan hazırlanan məmulatların, 21,67% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,65% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,77% mebelin, 40,21% digər məhsulların payına düşüb.
Yanvarda xarici ticarət əməliyyatlarında 2,938 min özəl və dövlət müəssisəsi və 2,817 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 129 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
2018-ci ildə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 34,73%-i), Türkiyə (9,98%), İsrail (5,97%), Portuqaliya (7,89%), Çexiya (5,52%), Hindistan (4,84%), Vyetnam (4,48%), əsas idxal əməliyyatlarını isə Rusiya (11,8%), Türkiyə (9,03%), Çin (8,55%), Belarus (4,56%), Almaniya (4,38%), ABŞ (6,24,%), Avstraliya (7,87%), Norveç (4,18%) və İranla (7,66%) ilə həyata keçirib.**
N.Abbasova