2019-cu ilin yanvar ayında Azərbaycan 2 mln. 395,069 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2019-cu ilin yanvar ayında Azərbaycandan ixrac olunmuş $1 mlrd. 18 mln. 113,73 min dəyərində neftin bəyan edilmiş həcmi 2 mln. 395,069 min ton təşkil edib”, - Komitədən bildirilir.
2018-ci ilin yanvar ayında ixrac edilmiş $874 mln. 821,58 min məbləğində neftin bəyan edilmiş həcmi 1 mln. 811,648 min ton təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə neft ixracı say ifadəsində 32,2%, pul ifadəsində 16,4% artıb.
2018-ci ildə Azərbaycandan ixrac olunmuş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton təşkil edib. **
N.Abbasova